Cenk Tosun fərdi hazırlığa başladı

23:06 - 26 Aprel 2020

Mart ayında "Kristal Pelas"da icarə əsasında çıxış etdiyi vaxt dizindən zədələnən "Everton"un hücumçusu Cenk Tosun fərdi məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, çarpaz bağı qopan futbolçu 1,5 ay sonra hazırlığa start verib. Liverpul təmsilçisi türk futbolçunun klubun bazasında hazırlaşdığını açıqlayıb.

 

28 yaşlı hücumçunun sentyabrda yaşıl meydanlara qayıdacağı gözlənilir.

Xəbər xətti