İtaliya klublarınının məşqlərə başlayacağı vaxt açıqlandı

16:53 - 27 Aprel 2020

Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyası klubları mayın 4-dən məşqlərə başlayacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Cüzeppe Konte məlumat verib. O, həmin tarixdən sonra ölkədə karantin qaydalarının yumşaldılacağını söyləyib.

 

Mayın 18-dən sonra komanda şəklində hazırlıqlara icazə veriləcək.

 

İtaliya A Seriyasının oyunları 2021-ci ilin yanvarına qədər azarkeşsiz keçiriləcək.

Xəbər xətti