"Vest Hem"in yarımmüdafiəçisi Cek Uilşir "Arsenal"dakı karyerasından danışıb.
Sportal.az "Goal"a istinadən xəbər verir ki, ingilis futbolçu 2001-ci ildə London klubunun akademiyasına keçmək istəmədiyini deyib:
"2001-ci ildə "Luton Taun"un akademiyasında oynayırdım. "Barnet"lə qarşılaşmada hakim "Arsenal"ın skautu imiş. Son fitdən sonra atamın yanına getdi və mənim "topçular"la müqavilə imzalamağımı istədi.
Düzünü desəm, "Arsenal"da oynamaq istəmirdim. London klubu seçməyim uzun vaxt aldı. Buna görə atam işindən ayrılacaqdı. Mən də nə edəcəyimi bilmirdim. Ancaq mənə təzyiq göstərmirdi.
Parkda dostumla oturduğumu xatırlayıram. Atam qırmızı rəngli maşınına minərkən mənə xəbərdarlıq etdi: Bu gün son gündür. Bi qərar verməlisən". Sonra dostuma çevrilib dedim ki, lənətə gəlsin, bu gün "Arsenal"a keçirəm.
Atam santexnik idi. 16:00-da işini bitirdi və məni Londona apardı.Səfər təxminən 1 saat çəkdi. 10 yaşımdan bəri həftədə 3 dəfə Londona gəlirdi".
İngiltərə millisinin üzvü 2001-ci ildə "Arsenal" akademiyasına qatılmışdı. 28 yaşlı yarımmüdafiəçi 17 illik "Arsenal" karyerasında 197 oyun keçirib və 4 titul qazanıb.
saytlarin hazirlanmasi