Linqard "Mançester Yunayted"in əsas komandasına yüksəlməsindən danışdı

14:37 - 28 Aprel 2020

"Mançester Yunayted"in yarımmüdafiəçisi Cessi Linqard əsas komandaya yüksəlməsi yolundan danışıb.

 

Sportal.az xəbər verir ki, İngiltərə millisnin üzvü 18 yaşında çəlimsiz olduğu üçün U-16 komandasında oynadığı qeyd edib:

 

"Uşaqlıqda çəlimsiz idim. U-18 komandasının üzvü idim, amma hamı məndən cüssəli idi və buna görə U-16-da oynayırdım. Ancaq buna görə narahat deyildim. Hər zaman çox çalışdım və hər şeyi düzgün etdim. Sadəcə, çox çalışın və planlı hərəkət edin.

 

İrəliləyən illərdə icarəyə verildim və döyüşmək məcburiyyətində qaldım. "Mançester Yunayted"ə qayıtdıqda özümə yer etmək üçün vuruşmalı oldum. İlk oyunda ciddi zədələndim və 6 ay kənarda qaldım. Çox uğursuzluq yaşamışam, amma həmişə mübarizədən qaçmadım. İnanın, çalışmaqdan imtina etməsəniz, yuxularınız gerçəkləşəcək. "Mançester Yunayted" dünyanın ən böyük klublarından biridir və bu komandada yüksəlmək asan iş deyil. Bir çox səddlə qarşılaşa bilərsiniz".

 

27 yaşlı yarımmüdafiəçi "qırmızı şeytanlar"ın yetirməsidir. O, müxtəlif illərdə 4 kluba icarəyə verilib. Linqard 2016-cı ildən İngiltərə millisinə dəvət alır.

Xəbər xətti