"Liverpul"da kapitan şoku

11:24 - 11 İyul 2020

“Liverpul”un kapitanı Cordan Henderson mövsümün qalan oyunlarında iştirak etməyəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp məlumat verib. O, “Brayton”la matçda dizindən zədələnən 30 yaşlı yarımmüdafiəçinin qalan 4 matçda iştirak etməyəcəyini söyləyib.

 

Alman mütəxəssis Hendersonun əməliyyat olunmayacağını və yeni mövsümə kimi hazır olacağını bildirib.

 

İngiltərə futbolçu bu mövsüm Premyer Liqada keçirdiyi 30 matçda 4 qol vurub, 5 assist edib.

Xəbər xətti