"Tottenhem"in futbolçusunun qardaşı güllələndi

22:00 - 13 İyul 2020

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Serj Oryenin qardaşı Kristofer Orye qətlə yetirilib.

 

Sportal.az xəbər verir ki, hadisə Fransanın Tuluza şəhərindəki gecə klubunun yaxınlığında baş verib. 26 yaşlı həvəskar futbolçu xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Kristofer Orye həvəskar liqada çıxış edirdi. Serj Orye isə Fil Dişi Sahili millisinin müdafiəçisidir.

Xəbər xətti