İngiltərə Premyer Liqasının 35-ci turunda "Bornmut"la oyunda qırmızı vərəqə alan "Lester Siti"in futbolçusu Çağlar Söyüncü üç oyunluq cəzalandırılıb.
Sportal.az xəbər verir ki, İngiltərə Futbol Federasiyasının İntizam Komitəsinin bu qərarı ilə türkiyəli müdafiəçi mövsümü erkən bitirməli olub.
23 yaşlı müdafiəçi rəqib oyunçu qoldan sonra topu qapıdan götürmək istəyərkən onu təpiklə vurmuşdu. Qarşılaşmada "Lester Siti" 1:4 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi