"Milan" "Yuventus"la oyuna ciddi itkilərlə çıxacaq

17:55 - 6 Yanvar 2021

"Milan"ın üç futbolçusu bu gün A Seriyasında "Yuventus"la keçiriləcək görüşü buraxacaqlar.

 

Sportal.az xəbər verir ki, hücumçu Ante Rebiç və yarımmüdafiəçi Rade Kruniç koronavirusa yoluxduğu üçün qarşılaşmada iştirak etməyəcəklər.

 

Komandanın digər hücumçusu Zlatan İbrahimoviç isə zədə səbəbindən Turin təmsilçisinə qarşı oynamayacaq.

 

"Yuventus"da isə Aleks Sandro və Kuadradoda koronavirus aşkarlanıb.

 

"Milan" - "Yuventus" oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Xəbər xətti