"Keşlə" Azərbaycan Premyer Liqasının 8-ci turunda öz meydanında "Qəbələ"yə 2:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Öz meydanımızda məğlub olmaq istəməzdik. Çox bəsit qollar buraxdıq. Rəqibi analiz etmişdik. Təhlükəli hücumçularının olduğunu bilirdik. Qapımızda bizə yaraşmayan qollar gördük. Bu görüşü analiz edib, "Zirə" ilə matça hazır olmalıyıq.
- Qapıçınızın aşağı səviyyədə çıxış etdiyini düşünmürsüz?
- Razıyam. Gözlədiyimizdən aşağı səviyyədə çıxış etdi. 3-cü qolu buraxacağını, elə səhv edəcəyini gözləmirdik.
- Bu mövqedə dəyişiklik edəcəksiz?
- Hər şey ola bilər. Bütün mövqelərdə rəqabət olmasını istəyərik. Gərək özünü toparlasın. Kamal Bayramov təcrübəli qolkiperdi. Onun oynadığını görə bilərik.
saytlarin hazirlanmasi