Rafael Ağayev: "Anam yolpulumuz üçün qızıllarını satdı" - VİDEO

18:40 - 20 Dekabr 2021

Azərbaycan karateçisi, 5 dəfə dünya, 14 dəfə Avropa çempionu olan Rafael Ağayev ARB TV-nin “Onun sirri” verilişinin qonağı olub.

 

Sportal.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “qara brilyant” ləqəbli karateçi anasının yolpulu üçün qızıllarını satdığını etiraf edib:

 

“Rusiyada keçirilən yarışa getməyə yolpulumuz yox idi, anam qızıllarını satdı. Yolpulumuzu düzəldib atamla yola düşdük. Azərbaycandan kənarda ilk qızıl medalımı qazandım. Onu da anama hədiyyə etdim. Daha sonralar anama bir çox hədiyyə aldım, amma anamın 32 qramlıq qızıllarının yerini heç bir hədiyyə verə bilməz”.

 

Xəbər xətti