"Ayaks" Türkiyə millisinin üzvünü istəyir

15:28 - 13 May 2022

Niderlandın "Ayaks" klubu heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi "Fənərbaxça"da çıxış edən Altay Bayındırın xidmətində maraqlıdır. "Qırmızı-ağlar"ın rəhbərliyi skautların bəyəndiyi Türkiyə millisinin üzvü üçün mövsüm bitdikdən sonra İstanbul klubuna təklif göndərəcək.

 

Altay Bayındır 2019-cu ilin yayından "Fənərbaxça"da çıxış edir. 24 yaşlı "əlcək sahibi" cari mövsümdə "sarı-lacivərtlilər"in heyətində 29 matçda meydana çıxıb. O, 9 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti