Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan "Aris" ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, Kipr təmsilçisinin yarımmüdafiəçisi Karol Struski zədələnib. Limassol klubunun polşalı futbolçusu əməliyyat olunacaq və azı 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
"Aris"in hücumçusu Şavi Babik də zədə səbəbindən "Neftçi"yə qarşı oynamayacaq.
Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyunu iyulun 21-də Kiprdə keçirəcək. Cavab oyunu bir həftə sonra Bakıda olacaq.