Latviyanın "Dauqavpils" klubu azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadə ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdıb.
Qeyd edək ki, "Dauqavpils" Asim Əlizadəni mart ayında icarəyə götürmüşdü. Onun icarə müqaviləsinin müddəti 30 noyabr tarixinə qədər idi. Gənc futbolçu Latviya klubunun heyətində meydana çıxdığı 9 matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi