"Neftçi"nin prezidentindən Dzyuba açıqlaması

16:34 - 18 İyul 2022

"Neftçi"nin prezidenti Kamran Quliyev "Sport-Ekspress" nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəhbərli rusiyalı hücumçu Artyom Dzyuba ilə maraqlanmadıqlarını bildirib:

 

"Dzyuba böyük futbolçudur. Amma onun “Neftçi” ilə heç bir əlaqəsi yoxdur. Ola bilsin ki, Bakıya dincəlməyə gəlib".

 

Qeyd edək ki, "Sport-Ekspress" Artyom Dzyubanın Azərbaycan klubları ilə danışıqlar aparmaq üçün dünən Bakıya gəldiyini yazıb.

Xəbər xətti