Avropa Konfrans Liqasında "Neftçi"nin rəqibi olan "Aris" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Limassol təmsilçisi müdafiəçi Peter Oder Ofornadunu transfer edib. Bu barədə Kipr klubunun rəsmi saytı məkumat yayıb. 18 yaşlı nigeriyalı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyunu iyulun 21-də Kiprdə keçirəcək. Cavab oyunu bir həftə sonra Bakıda olacaq.
saytlarin hazirlanmasi