“Neftçi” növbəti hücumçu transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, belaruslu futbolçu Yeqor Boqomolski Bakıda yerləşən “Liv Bona Dea” xəstəxanasında tibbi baxışdan keçdikdən sonra onunla 2 il müddətinə müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı forvard "ağ-qaralar"ın heyətində 77 nömrəli formanı geyinəcək.
Yeqor Boqomolski Belarusun “Dinamo Minsk” (2019), “Dinamo Brest” (2019-2020), “Rux” (2020-2021) və “Minsk” (2021-2022) klublarında çıxış edib, 2019-cu ildə “Dinamo Brest”in heyətində ölkə çempionu olub. Belarusun U-21 yığma komandasında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef, qanalı hücumçu Qodsvey Donyo və gürcü müdafiəçi Solomon Kvirkveliyanı transfer etmişdi.

"Neftçi" Belarus millisinin üzvü ilə müqavilənin detallarını açıqladı
şç
Oxşar xəbərlər
Neftçi
"Neftçi" Latviya klubuna məğlub oldu
Neftçi
"Neftçi"nin futbolçuları üçün seminar keçirildi
Neftçi
"Neftçi" bu cür davam etsə, 100 faiz çempion olacaq" - "ağ-qaralar"ın keçmiş futbolçusu
Neftçi
"Neftçi"nin futbolçuları üçün seminar
Neftçi
"Neftçi"dən veteran futbolçulara təbrik
Neftçi
"Neftçi"yə lazım olmayan hücumçu özünə Avropada komanda tapdı - FOTOLAR
Neftçi
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
Neftçi
