Cenk Tosun "Beşiktaş"a kömək edə bilməyəcək

15:15 - 21 Yanvar 2023

"Beşiktaş" Türkiyə Super Liqasının 20-ci turunun "Kayserispor"la matçına ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Cenk Tosun komandaya kömək edə bilməyəcək. 31 yaşlı forvard ölkə kubokunun "Ankaragücü" ilə matçında zədələnib.
 

Qeyd edək ki, "Kayserispor" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtilə saat 17:00-da baş tutacaq.

Xəbər xətti