"Neftçi"nin kapitanı Emin Mahmudovun iş yerini dəyişmək istəyində olduğu iddia edilir.
Sportal.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, "Neftçi" rəhbərliyi Mahmudova yeni müqavilə təklif edib. "Ağ-qaralar" nə olursa-olsun, onunla yoluna davam etmək istəyir.
Lakin Azərbaycan millisinin kapitanı klubun onun üçün göndərdiyi ilk təklifdən imtina edib. Futbolçu ona olan münasibətdən narazı olduğu üçün qalmaq istəyindən vaz keçib. Klub rəsmiləri onu yola gətirməyə çalışır.