"Latsio"nun baş məşqçisi Mauritsio Sarri "Napoli" üzərində 1:0 hesablı qələbədən sonra rəqib komandanın baş məşqçisi Luçano Spaletti haqda fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "DAZN"a danışan Sarri həmkarının Neapol klubunda uğur qazanacağına inandığını bildirib:
"Spaletti bu mövsümdən sonra istədiyinə əldə edə bilsə, Neapolun kralı olacaq. Qələbə qazanmaq hər yerdə əladır. Amma Neapolda qalib gəlmək xüsusi məsələdir. Bu təcrübəni yaşamaq da xoşdur".
Xatırladaq ki, “Napoli” A seriyasının 25-ci turunda evdə “Latsio”ya 0:1 uduzub. Buna baxmayaraq, neapollular 65 xalla turnir cədvəlinin lideridir. İkinci pillədə yer alan “Latsio” isə 48 xala malikdir.

"İstədiyini edə bilsə, Neapolun kralı olacaq"
dd
Oxşar xəbərlər
Mustafayev Ukraynada dubl etdi, komandası bərabərə qaldı
Paytaxt klubunun kapitanı bu gün meydana çıxa biləcək
"Səbail" - "Sumqayıt" 0:1 - VİDEO
"Barselona" ilə danışıqlar zamanı həll yolunu tapa bilmədik"
"Neftçi" "Yuventus", "Beşiktaş" və Şalke" eyni qrupda
"Sabah" - "Kəpəz" - START HEYƏTLƏR
Yunanıstan yığmasının çalışdırıcısı: "Azərbaycan bizdən güclüdür"
