Azərbaycan milli komandasının sabiq üzvü Araz Abdullayev yenidən ölkə xaricinə yollana bilər.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçiyə xarici klublardan maraq göstərənlər var.
Onlar arasında Türkiyə və Kipr klubları yer alıb. Ancaq məsələ burasındadır ki, Kiprdə hazırda "transfer pəncərəsi" bağlıdır. Mənbənin iddiasına görə, Abdullayev Türkiyəyə yollanmağa yaxın olsa da, ən yaxşı halda yayda ora yollanmaq istəyir. Arazın xidmətində maraqlı olan klublardan biri "Tuzlaspor"dur. Hazırda birinci divizionda mübarizə aparan adıçəkilən komanda turnir cədvəinin 12-ci pilləsində yer alıb.
Araz karyerası ərzində “Neftçi”, “Everton”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ”, Boluspor”, “Etnikos”, “Sumqayıt” klublarında oynayıb.