Millinin hücumçusunu istəyən klub 100 milyon ödəməlidir

10:41 - 5 Mart 2023

İngiltərə millisinin və “Tottenhem”in forvardı Harri Keyni  transfer etmək istəyən klub 100 milyon funt-sterlinqindən keçməli olacaq.

Sportal.az “Football Insider”ə istinadən xəbər verir ki, London təmsilçisinin hücumçusu ilə maraqlanan klubların sayı çoxdur. “Mançester Siti” və “Bavariya” hazırda Keyn üçün mübarizə aparır.

İngilis hücumçu mövsüm başa çatdıqdan sonra komandanı tərk edə bilər. Onun yeni komandası yayda dəqiqləşəcək.

Xəbər xətti