"Liverpul" üç futbolçu ilə yollarını ayıracaq

13:27 - 19 Mart 2023

"Liverpul" bu yay heyətində təmizləmə əməliyyatı keçirəcək.

Sportal.az "The Times"a istinadən xəbər verir ki,  Mersisayd klubu Nabi Keyta və Aleks Oksleyd-Çemberleynin müqaviləsini yeniləməyəcək. 

Hər iki futbolçu yayda komandanı azad agent kimi tərk edəcək.

Həmçinin, "Liverpul" "Yuventus"a məxsus olan Artur Melonun icarə müddətini uzatmayacaq.

Xəbər xətti