Səs sistemində problem yarandı, Türkiyə himni təcili yardım maşınından səsləndirildi

18:51 - 19 Mart 2023

Türkiyə II Liqasının "Bursaspor" - "Ankaraspor" matçından (0:1) öncə maraqlı hadisə yaşanıb.

Sportal.az xəbər verir ki, azarkeşsiz oynanılan qarşılaşmanın start fitindən əvvəl stadionun səs gücləndiricilərində problem yaranıb. Buna görə də Türkiyənin dövlət himni təcili tibbi yardım maşınından səsləndirilib.

Qeyd edək ki, "Bursaspor"a 24-cü turun "Amedspor"la matçında baş verən olaylara görə 7 oyunluq azarkeşsiz oynamaq cəzası verilib.

Xəbər xətti