İsveçli müdafiəçi millimizə qarşı oynamayacaq

19:19 - 19 Mart 2023

Avro-2024-ün seçmə mərhələsində milli komandamızın rəqibi olan İsveç seçməsinin heyətində itki baş verib.

Sportal.az xəbər verir ki, Skandinaviya təmsilçisinin müdafiəçisi Joel Andersson zədələnib. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Midtyullann"ın 26 yaşlı sağ cinah müdafiəçisi Danimarka çempionatının "Lyunqbyu" ilə matçında sıradan çıxıb. Onun əvəzinə Polşanın "Poqon" klubunun üzvü Linus Valkvist yığmaya dəvət olunub.

Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması 27 mart tarixində baş tutacaq.

Xəbər xətti