Millimizin üzvü komandasının qələbəsində pay sahibi oldu

19:50 - 19 Mart 2023

Futbol üzrə Cənubi Koreya çempionatında 4-cü turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Suvon Blyuinqz"in qonağı olub. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Anton Krivotsyuk də bu oyunun iştirakçısı olub. 24 yaşlı sol cinah müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, komandasının ikinci qolunun ötürməsini edib.

Xallarını 8-ə yüksəldən "Tecon Xana Sitizen" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti