"Emin Mahmudov cavan olsaydı, xarici çempionatların birində oynayardı"

11:33 - 20 Mart 2023

Mövsüm sona yaxınlaşdıqca ən çox müzakirə olunan futbolçulardan biri də Emin Mahmudovdur. Onun "Neftçi" ilə müqaviləsi sona çatır. Klub rəsmiləri əminliklə müqavilənin yenilənməsində heç bir problemin olmayacağını desələr də, kapitan hələ ki gözləmə mövqeyi tutub. 

Bu mövzuda Rusiyada çalışan futbol agenti İmran Rzayevin fikirlərini öyrəndik. Sportal.az saytına danışan menecer Emin Mahmudovun yenidən Rusiya Premyer Liqasına qayıtmaq variantını da dəyərləndirdi:

"Emin Mahmudov Azərbaycan Premyer Liqasının səviyyəsini aşmış futbolçulardandır. Cavan olsaydı, mütləq xarici çempionatların birində oynayardı. Rusiyanın "Ximki" klubunda Ayaz Quliyev - Emin Mahmudov tandemini görmək maraqlı olardı. Lakin onun "Neftçi"ni tərk etmək ehtimalı çox azdır. Klub Mahmudovu hər vəchlə saxlamağa çalışmalıdı".

Xəbər xətti