Rüfət Dadaşov oynadı, "Şakle" məğlub oldu

17:53 - 20 Mart 2023

Almaniyanın Qərb Regional Liqasında 27-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası səfərdə “Proyssen Münster”lə qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

“Şalke" 36 xalla 18 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti