Avstriya millisinin 3 futbolçusu Azərbaycana qarşı oynamayacaq

19:57 - 20 Mart 2023

Avro-2024-ün seçmə mərhələsində milli komandamızın rəqibi olan Avstriya seçməsinin heyətində daha 3 itki baş verib.

Sportal.az xəbər verir ki, Ralf Ranqnikin rəhbərlik etdiyi kollektivin üzvləri Filip Linxart, Matias Honsak və Marko Arnautoviç zədələniblər. Onlar Azərbaycana qarşı matçda meydana çıxa bilməyəcəklər. "Verder"dən Romano Şmid və "Salernitana"dan Flavius Danilyuka yığmaya dəvət olunublar.

Daha əvvəl qapıçı Aleksandr Şlaqer xəstələndiyi üçün Avstriya millisindən kənarlaşdırılmışdı.

Qeyd edək ki, Avstriya - Azərbaycan qarşılaşması 27 mart tarixində baş tutacaq.

Xəbər xətti