"Azərbaycanla oyunda qalib gəlmək üçün mümkün olan ən yaxşı performansa ehtiyacımız var"

21:10 - 20 Mart 2023

Avstriya milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Estoniya seçmələri ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Ralf Ranqnik matçlardan öncə yerli federasiyanın rəsmi saytına açıqlama verib:

"Ev oyunumuzda azarkeşlərimizlə birlikdə möhtəşəm atmosfer yaratmaq istəyirik. Rəqiblərimiz sadə ötürmələrlə məğlub edə biləcəyimiz komandalar deyil. Azərbaycanla oyunda qalib gəlmək üçün mümkün olan ən yaxşı performansa ehtiyacımız var. Eyni şey Estoniya ilə matça da aiddir".

Qeyd edək ki, Avstriya millisi 24 mart tarixində Azərbaycanla, 3 gün sonra isə Estoniya ilə qarşılaşacaq.

Xəbər xətti