Messiyə klub səhmlərinin 5 faizini təklif etdi

17:17 - 22 Mart 2023

Devid Bekhemin sahibi olduğu "İnter Mayami" PSJ-nin ulduz futbolçusu Lionel Messini transfer etmək üçün səy göstərir.

Sportal.az xəbər verir ki, ABŞ təmsilçisinin ingilis sahibi 35 yaşlı hücumçuya maraqlı təklif göndərib. Bekhem argentinalı forvarda maaşdan əlavə klubun səhmlərinin 5 faizini də təklif edib. Messi bu təklifə hələ cavab verməyib.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. Onun Paris təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti