Millimiz Avstriyaya məğlub oldu - YENİLƏNİB

01:37 - 25 Mart 2023

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start verilib.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının yer aldığı F qruıpunda mübarizə başlayır. Yığmamız səfərdə Avstriyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Qrupun digər görüşündə isə İsveç və Belçika milliləri üz-üzə gələcək. Estoniya seçməsi ilk turda istirahət edəcək.

24 mart

Avro-2024

Seçmə mərhələ, ilk tur

23:45 Avstriya - Azərbaycan 4:1

Qol: Sabitzer, 28, 50, Qreqoritş, 29, Baumqartner, 69 - Emin Mahmudov, 63
Baş hakim: Bartoş Frankovski (Polşa)

Xəbər xətti