Mauro İkardi "Qarabağ"a qarşı oynayacaq?

15:32 - 25 Mart 2023

"Qalatasaray"ın hücumçusu Mauro İkardi sabah "Qarabağ"a qarşı keçiriləcək xeyriyyə matçına böyük ehtimalla start heyətində başlayacaq.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, argentinalı son matçlarda effektli olmadığı üçün klub tərəfindən çempionatdakı fasilə zamanı ona istirahət üçün daha çox vaxt verilib.

İkardi artıq komandanın düşərgəsinə qoşulub. İstanbul klubunun çalışdırıcısı Okan Buruk argentinalının yaxşı formaya düşməsi üçün "Qarabağ"la görüşdə ona ilk dəqiqələrdən meydana buraxacaq. 

"Qarabağ" - "Qalatasaray" oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.
 

Xəbər xətti