"Qalatasaray"ın futbolçusu: "Fənərbaxçadan" təklif almışdım"

11:33 - 28 Mart 2023

"Qalatasaray"ın yarımmüdafiəçisi Nikolo Zaniolo Türkiyədəki adaptasiyasından danışıb.

Sportal.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən yarımmüdafiəçi hansı klublardan təklif aldığını da söyləyib:

"Hələlik müqaviləmin sonuna qədər Türkiyədə qalacağımı dəqiq deyə bilmərəm. "Qalatasaray"dan başqa "Bornmut" və "Fənərbaxça"dan da təklif almışdım. Ancaq həmin vaxtı artıq "Qalatasaray"la razılığa gəlmişdik. Bura mənim xoşuma gəlir. Komandanın möhtəşəm stadionu və əla azarkeşləri var".

23 yaşlı futbolçu qış "transfer pəncərə"si zamanı "Qalatasaray"la anlaşıb.

Onun İstanbul klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çşatacaq

Xəbər xətti