Laurentsiu Regekampf: "Bu, mənə qarşı hörmətsizlikdir"

19:37 - 28 May 2023

"Neftçi" Azərbaycan Premyer Liqasının 36-cı turunda doğma meydanda "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı oyun oldu, temp var idi. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Penalti epizodunda bir az şanssızlıq oldu. Hesabı qoruyub saxladıq, 3 xal qazandıq. Bu, bizim üçün hazırda çox vacibdir. Kubokun finalına qədər bir həftə vaxtımız var. Həmin oyuna yaxşı hazırlaşacağıq. Şükürlər olsun ki, bu gün heç bir futbolçumuz zədələnmədi. Zədəli olan oyunçular da artıq bizə qoşulurlar. Ümid edirəm ki, kubokun finalında bütün futbolçular sərəncamımda ola biləcək.

- "Neftçi" kuboku qazana bilməsə, postunuzda qalacaqsız?

- Zəhmət olmasa, bir az hörmətlə sual verin. Necə belə bir sual verə bilərsiniz? Çox axmaq sualdır. Bu, mənə qarşı hörmətsizlikdir.

- Əvvəlki 3 oyunda "Neftçi" "Sabah"a məğlub olmuşdu. Sizcə, qələbə üçün hansı məqamlar çatmırdı?

- Əvvəlki matçlarda nələrin çatışmadığını xatırlamaq istəmirəm. Tam olaraq bu oyuna köklənmişdim. Bu qarşılaşmadan sonra kuboku fikirləşməyə çalışacağam. Çox dərinliyə gedib "Sabah"la matçlarımızı təhlil etmək istəmirəm. Sevindirici haldır ki, bu gün qələbə qazanan tərəf biz olduq. 

- "Qəbələ" final matçına kimi Konfrans Liqasına vəsiqəni təmin etdi. Bu məqam oyuna necə təsir göstərəcək?

- Bu, final görüşüdür. Hər komanda üçün titul vacibdir. Final elədir ki, heç kim oyundan əvvəl qalib olmur. Hər komandanın şansı 50/50-dir. Biriləm ki, hər iki komanda kuboku qazanmaq üçün sona kimi mübarizə aparacaq. Məncə bu cür matçlarda hansı kollektiv yaxşı köklənsə, yaxşı hazırlaşsa, kuboku qazanmaq üçün onun üstünlüyü olacaq. Bəxtimizdən final oyunu doğma stadionumuzda keçiriləcək. Tribunaların dolu olacağını gözləyirik. Azarkeşlərimizin dəstəyi ilə qələbə qazanıb titula yiələnmək istəyirik.

- Azarkeşləri stadiona cəlb etmək üçün nə demək istəyirsiniz?

- Hər şeyə söz verə bilərəm. Stadionu doldurmaq üçün nə lazımdırsa, onu edərəm. Hər iki komanda qələbə qazaanmaq üçün çalışacaq. Döyüş ruhlu, açıq oyun olacaq. Matçı izləməyə gələn fanatlarımız üçün kuboku qazanmalıyıq.

Elçin Əlixan

Xəbər xətti