"Neftçi"nin futbolçusu medalını azarkeşə bağışladı - FOTO

22:09 - 28 May 2023

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, mövsümü üçüncü pillədə başa vuran "Neftçi"yə bürünc medallar tədqim olunub. "Ağ-qaralar"ın hücumçusu Mateus Saldanya öz medalını komandanın azarkeşinə bağışlayıb.

Qeyd edək ki, "Neftçi" Mateus Saldanyanı qış fasiləsində heyətinə qatıb. Braziliyalı forvard paytaxt klubunun heyətində meydana çıxdığı 18 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti