"Qarabağ"a kubok təqdim olundu

22:25 - 28 May 2023

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, 90 xal toplayan "Qarabağ" ölkə çempionu olub. 36-cı turun "Turan Tovuz"la matçından sonra Ağdam təmsilçisinə çempionluq kuboku və qızıl medallar təqdim olunub.

"Qarabağ" tarixi ərzində 10-cu dəfə Azərbaycan çempionu adını qazanıb.

Qeyd edək ki, "Sabah" ikinci, "Neftçi" isə mövsümü üçüncü pillədə başa vurub.

Xəbər xətti