"Qarabağ"ın forvardı: "Zaman keçdikcə özümə gəldim"

11:45 - 29 May 2023

"Qarabağ"ın hücumçusu Redon Cica Azərbaycandakı ilk çempionluğunu şərh edib.

Sportal.az xəbər verir ki, “Balkanweb”ə danışan albaniyalı forvard bunları deyib:

"Çempion olmaq çox gözəl hissdir. Baxmayaraq ki, əvvəlcə uyğunlaşmaq çətin idi. Zaman keçdikcə özümə gəldim. Düşünürəm ki, növbəti mövsüm daha da yaxşı olacaq. Bunun üçün əlimdən gələni edəcəm".

"Qarabağ" Cicanı qış fasiləsində "Tirana"dan transfer etmişdi.

Xəbər xətti