"Napoli" PSJ və "Mançester Yunayted"dən 160 milyon avro tələb edəcək

13:55 - 29 May 2023

"Napoli" PSJ, "Mançester Yunayted" və "Çelsi"nin transfer siyahısında yer alan Viktor Osimeni saxlamaqda maraqlıdır.

Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, neapollular nigeriyalı ilə müqavilənin şərtlərində razılıq əldə edib."Napoli"nin prezidenti Aurelio De Laurentiis Viktor Osimheni 160 milyon avrodan aşağı qiymətə buraxmaq niyyətində deyil.

Eyni zamanda, neapolluların rəhbəri nigeriyalı hücumçunun maaşlarının artırılmasını nəzərdə tutan hazırkı müqaviləsinin uzadılması variantını nəzərdən keçirir. Hazırda afrikalı "Napoli"də illik 4,5 milyon avro maaş qazanır. Futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.2022/2023 mövsümündə Viktor “Napoli”nin heyətində A Seriyasında 31 oyun keçirib və 25 qol vurub.

Xəbər xətti