"Milan" Fransa millisinin forvardını razı saldı

14:17 - 29 May 2023

"Milan" yayda heyətini gücləndirəcək.

Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Borussiya"nın (Mönhenqladbax) hücumçusu Markus Türam "rossonyerlər"in hədəfindədir.

25 yaşlı fransızın alman klubu ilə müqaviləsi bu yay başa çatır və o, azad agent kimi İtaliyaya yollanacaq. Artıq tərəflər arasında ilkin razılıq olub.

Fransa millisinin hücumçusu "Soşo", "Genqam"da oynadıqdan sonra 2019-cu ildə Münhenqladbax klubuna keçib.

Xəbər xətti