Kapitan bu futbolçunun "Qarabağ"dan ayrılacağını açıqladı - FOTO

17:50 - 29 May 2023

"Qarabağ"la müqaviləsi başa çatan Filip Ozobiç komandanı tərk edəcək.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev sosial şəbəkə hesabında xorvatiyalı yarımmüdafiəçi ilə fotosunu paylaşaraq onunla vidalaşıb:

"Hər şey üçün təşəkkürlər. Səninlə birlikdə oynadığımız üçün çox xoşbəxtik. Sənə uğurlar arzulayıram".

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ilin yayından "Qarabağ"da çıxış edir. Azərbaycan milli komandasının üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti