"Milan" yapon vingeri transfer edəcək

18:43 - 29 May 2023

İtaliyanın "Milan" klubu mövsümlərarası fasilədə heyətini yeni futbolçu ilkə gücləndirəcək.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Ayntraxt"la müqaviləsi başa çatan Dayçi Kamadanı rənglərinə bağlayacaq. Bu barədə "Sport 1" nəşri məlumat yayıb. 

26 yaşlı vinger yaxın günlərdə Milan təmsilçisi üçün tibbi müayinədən keçəcək. "Milan" yapon oyunçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayacaq.

Qeyd edək ki, Dayçi Kamada "Ayntraxt"a 2019-cu ilin yayında "Sint-Troyden"dən transfer olunub. Yaponiya millisinin üzvü cari mövsümdə Almaniya klubunun heyətində meydana çıxdığı 46 rəsmi matçda 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti