"Fənərbaxça"nın istədiyi qapıçı La Liqa klubuna keçir

21:17 - 29 May 2023

Zaqreb "Dinamo"sunun qapıçısı Dominik Livakoviç karyerasını İspaniyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, 28 yaşlı qolkiper "Vilyarreal"a keçəcək. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

La Liqa klubu xorvatiyalı futbolçu ilə bütün şərtləri razılaşdırıb. "Vilyarreal" "Fənərbaxça"nın da transfer siyahısında olan "əlcək sahibi" ilə yaxın zamanda müqavilə imzalayacaq.

Qeyd edək ki, "Dinamo" Dominik Livakoviçi 2016-cı ilin yayında "NK Zaqreb"dən transfer edib. Təcrübəli qapıçı cari mövsümdə Xorvatiya klubunun heyətində meydana çıxdığı 49 rəsmi matçda qapısında 49 qol görüb. O, 13 qarşılaşmada "çərçivə"ni toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti