"Avrokuboklarda və çempionatda daha yaxşısını etməyə çalışacağıq"

21:58 - 29 May 2023

"Sabah" Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünü ikinci pillədə tamamlayaraq gümüş medalları qazanıb.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin qapıçısı Yusif İmanov sosial şəbəkə hesabında paylaşım edib. 20 yaşlı qolkiper növbəti mövsümdə daha yaxşısını etməyə çalışacaqlarını bildirib:

"Bizim üçün uğurlu sayıla biləcək bir sezonu geridə qoyduq. Mövsüm boyunca bizi dəstəkləyən bütün insanlara təşəkkür edirəm. Gələcək sezon avrokuboklarda və çempionatda daha yaxşısını etməyə çalışacağıq".

Qeyd edək ki, Yusif İmanov cari mövsümdə Premyer Liqada meydana çıxdığı 33 matçda qapısında 23 qol görüb. Gənc qapıçı 19 oyunda "çərçivə"ni toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti