Bu ölkədə çempionun adına aydınlıq gəldi

10:49 - 30 May 2023

Danimarka yüksək liqasında 2022/2023 mövsümünün çempionu bəlli olub. 

Sportal.az xəbər verir ki, bu ölkədə "Kopenhagen" mövsümün başa çatmasına bir tur qalmış çempionluğu özünə təmin edib.

Tanınmış klub "Viborq"u 2:1 məğlub edərək "Norşellan"dan 4 xal irəli çıxıb və sonuncu tur ərəfəsində qızıl medallara sahib çıxıb. 

Belədə, komanda tarixində 15-ci dəfə çempionluq yaşayıb. 

Xəbər xətti