Almaniyalı "Real"dan ayrılmayacaq

15:21 - 30 May 2023

Toni Kroos "Real"dan ayrılmayacaq.

Sportal.az "AS"a istinadən xəbər verir ki, almaniyalı daha bir il Madrid klubunda qalacaq.

33 yaşlı yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında bunları deyib: "Hələ ki, yeni müqavilənin açıqlanacağı günü bilmirəm. Tətilə yollanacam. Onlardan xəbər gözləyirəm".

2023-cü il iyunun 30-da "Real"la müqaviləsi başa çatacaq Kroos 2014-cü ildə "Bavariya"dan İspaniya nəhənginə keçmişdi.

Xəbər xətti