"Çelsi"dəki futbolçu "Atletiko"ya qayıdacaq

15:53 - 30 May 2023

Portuqaliya millisinin yarımmüdafiəçi Joao Feliks "Atletiko"ya qayıdacaq.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Enrike Serezo gənc futbolçunun geri qayıdacağı ilə bağlı bu cür danışıb:

"Maurisio Poçettino bizə məlumat verib ki, Feliksi “Çelsi”də görmək istəmir. O, bura qayıtmalıdır. Lakin hələ heç nə planlaşdırmamışıq".

Feliks bu ilin yanvarında "Çelsi"yə 2022/23 mövsümünün sonuna qədər satın alma opsiyasına qədər icarə əsasında keçib. Portuqaliyalı "zadəganlar"ın heyətində 20 oyun keçirib və 4 qol vurub. 2022/2023 mövsümünün ilk yarısında portuqaliyalı “Atletiko”da 14 matçda 4 qol vurmağı bacarmışdı. 

Xəbər xətti