Daha bir futbolçu Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

20:14 - 28 İyun 2023

"Çelsi"nin qapıçısı Eduard Mendi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportal.az xəbər verir ki, 31 yaşlı qapıçı "Əl Əhli" klubuna keçib. Bu barədə Asiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Əl Əhli" seneqallı qolkiper üçün "Çelsi"yə 17 milyon avro təzminat ödəyib. Təcrübəli "əlcək sahibi" yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Çelsi" Eduard Mendini 2020-ci ilin yayında "Renn"dən transfer etmişdi. Seneqal millisinin üzvü son mövsümdə London təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti