Millinin müdafiəçisi "Sabah"ın toplanışında niyə iştirak etmir?

11:59 - 4 İyul 2023

Avropa Konfrans Liqasında iştirak edəcək "Sabah" hazırlıqlarını davam etdirir.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin futbolçusu Abdulla Rzayev toplanışda iştirak etmir. Saytımıza verilən məlumata görə, 21 yaşlı sağ cinah müdafiəçisi zədəlidir. Gənc oyunçu Avstriya toplanışında da iştirak etməyəcək.

Qeyd edək ki, Abdulla Rzayev son mövsümün ikinci yarısını icarə əsasında "Kəpəz"də keçirib. U-21 millimizin üzvü Gəncə təmsilçisinin heyətində 18 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti