Türkiyənin "Qalatasaray" klubu futbolçusu Özgür Baran Aksakanı icarəyə verib.
Sportal.az xəbər verir ki, 20 yaşlı dayaq yarımmüdafiəçisi "Şanlıurfaspor"a keçib. Bu barədə "sarı-yaşıllar"ın mətbuat xidməti məlumat yayıb.
Gənc orta xətt oyunçusu 2023/2024 mövsümünü icarə əsasında I Liqa təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, Özgür Baran Aksaka "Qalatasaray"ın yetirməsidir. Türk futbolçu əsas komandanın heyətində 3 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi