Macarıstan klubunun legioneri Azərbaycan Premyer Liqasına qayıdacaq?

16:18 - 4 Yanvar 2024

Ötən mövsüm "Səbail"də icarə əsasında oynamış "Uypeşt"in futbolçusu Matiya Lyuyiç karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, serbiyalı yarımmüdafiəçiyə Premyer Liqa klublarından maraq var.

30 yaşlı futbolçunu sərəncamında görmək istəyən komandalardan biri elə "Səbail"dir. Bu klubla yanaşı, daha bir neçə klub Lyuyiçi heyətinə qatmağı planlaşdırır.

Lakin Macarıstan klubu da onu buraxmaq istəmir. Üstəlik, futbolçunun bu mövsümün ilk yarısındakı çıxışından sonra ona daha yüksək liqalarıda yarışan klublardan maraq artıb.

Təcrübəli futbolçu “Teleoptik”, “Rad”, “Jalqris”, “Belenenseş”, “Vellinqton”, “Bney Yehuda”, “Kanvon”, “Hapoel Hayfa” komandalarında oynayıb. Onun qışda Azərbaycana gəlib-gəlməyəcəyi "transfer pəncərəsi"nin sonuna qədər dəqiqləşəcək.
 

Xəbər xətti